“Mənim adımdan yalan məlumatlar yayılıb” – Tahir Mirkişili

467

Bəzi saytlarda, sosial şəbəkələrdə mənim adımdan bu cür formada yalan məlumatlar yayılıb.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında belə bir fikir nə mən, nə də iclas iştirakçıları tərəfindən səslənməyib. Əksinə, insanların gəlirlərinin artırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyinu qeyd etmişik.

Yayılan şaiyələrə fikir verməməyi, qeyri-ciddi informasiyalara inanamamağı tövsiyə edirəm!
Özünü ciddi sayan media qurumlarını isə dəqiqləşdirmədən şaiyə dolu informasiya yaymamağa çağırıram!”, – deyə deputat bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər