Mənzil kirayəyə verənlərə xəbərdarlıq – Vergi belə hesablanacaq – VİDEO

1184


Vətəndaş evini kirayə verdiyi zaman qanuna görə, kirayə pulunun 14 faizini vergi kimi ödəməlidir. Ancaq rieltorlar deyirlər ki, hazırda bu qaydaya ev sahibləri tərəfindən əməl olunmur.
Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verirsə, bu zaman onun vergi orqanında uçota alınmaq, aldığı kirayə pulundan vergi ödəmək və vergi orqanına bəyənnamə təqdim etmək kimi öhdəliyi yaranmır.

Ancaq vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayəyə verərsə, özü yaşadığı yer üzrə vergi orqanına müraciət edərək VÖEN almalıdır. Bundan sonra, VÖEN-i olan ev sahibi kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə müəyyən edilmiş qaydada vergi ödəməlidir.

Kirayə ilə bağlı qanunvericiliyə riayət etməyən şəxsləri isə cərimə gözləyir. Belə ki…

Müəyyən olunmuş müddətdə vergi orqanlarinda uçota alinmamağa və hesabat təqdim edilməməsinə görə hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyasi tətbiq edilir.

Vergi ödənişi gecikdirildikdə ödəmə müddətindən sonrakı hər bir gün üçün, ancaq bir ildən çox olmamaqla, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Vergi Məcəlləsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir.

BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər