Millət vəkili Sumqayıtda 20 ictimai könüllü üçün MÜSABİQƏ ELAN ETDİ

1737

SUMQAYITDA 20 İCTİMAİ KÖMƏKÇİ

Əziz Sumqayıt şəhər sakinləri! (1,2,3,4,5,6-cı mikrorayon, 14,15,16,17,29,30,34,36, 41,45,76-cı məhəllə, Qızılqum və Stansiya Sumqayıt qəsəbəsi)

Seçkiqabağı təşviqat kampaniyasında elan etdiyim kimi hər bir mikrorayondan, məhəllədən, qəsəbədən 1 nəfər olmaqla 20 İCTİMAİ KÖNÜLLÜ KÖMƏKÇİ cəlb etmək üçün müsabiqə elan edirik. Əsas məqsədimiz seçicilərimizlə daha çevik əlaqələrin qurulması və könüllük ilinə töhvə verməkdir.

Xahiş edirik könüllü olmaq, insanlara xidmət etmək, bizimlə bir yerdə işləmək istəyində və iqtidarında olmaq istəyənlər öz CV-lərini salam@tahirmirkishili.az e-mail ünvanına göndərsinlər. Əlaqə vasitəsi: 051 520 22 11

İctimai köməkçilərə əsas tələblər:
– Könüllü olmaq
– Göstərilən ərazidə yaşamaq
– Təşəbbüskar olmaq
– 20-45 yaş həddində olmaq
– Dövlət marağını hər şeydən üstün tutmaq

İctimai köməkçilərin əsas vəzifələri:
– Deputatın vəzifə və öhdəliklərini bilmək
– Etik davranış qaydalarına əməl etmək
– yaşadığı ərazinin insanları üçün əlçatan olmaq
– İnsanların istək,arzu və problemlərini qəbul edərək deputata çatdırmaq

İctimai köməkçilər üçün iş vaxtı normativləri yoxdur, bu könüllük formasında həyata keçirilir və əlavə fəaliyyətdir. Cəlb olunma müddəti 1 ildir. Seçim etmək hüququnu özümüzdə saxlayırıq.

Əminəm ki, biz səylərimizi birləşdirməklə daha çox iş görərək ölkəmizə xidmət edə bilərik!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər