Millət vəkili Tahir Mirkişili Sumqayıt sakinlərinə müraciət etdi

1754

Millət vəkili Tahir Mirkişili rəsmi facebook səhifəsində Sumqayıt sakinlərinə müraciət edib.

sumqayitxeber.com müraciəti təqdim edir:

Əziz Sumqayıtlılar!

Son günlər ölkədə karantin şərtlərinin yumşaldılması korona virusa yoluxma hallarını artırmışdır. Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar.

Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir birinizdən məsafə saxlayasız. Həftə sonları evdə qalasız!

Bu bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər