Milli Qurtuluş günü ilə bağlı «Azərikimya»da müəssisə kollektivlərinin birgə tədbiri keçirilmişdir

672

Bu günlər respublikamızın hər yerində olduğu kimi «Azərikimya» İstehsalat Birliyinin idarə və müəssisələrində də 15 iyun – Milli Qurtuluş günü ilə bağlı silsilə tədbirlər keçi­rilmək­dədir. Kimyaçıların iştirakilə Birliyin Təmir-tikinti İdarəsində Azərbaycanın Dövlət Himninin səs­lən­dirilməsi ilə başlanan tədbirdə ilk öncə Ulu öndərin xati­rəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yığıncaqda çıxış edənlər hələ 19 il əvvəl – 15 iyun 1993-cü ildə yenidən Azər­baycan rəhbər­liyinə qayıdan Ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq miissiyasından minnət­darlıq hissi ilə danışaraq qeyd etmişlər ki, bu qayıdış xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlan­ğıcı oldu. 15 iyun tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. Bu əlamətdar gün təkcə Azərbaycan vətəndaş­larının iqtisadi-siyasi çıxılmaz­lıqdan, fəlakətdən qurtuluş günü deyil, müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur.

Qeyd edilmişdir ki, Ümummilli lider yenidən hakimiyyətə gəlişi ilə qüdrətli sərkərdə, təcrübəli siyasətçi, mahir bir memar kimi Azərbaycan Respublikasının dövlətçiliyinin təməlini qoydu. Azərbaycan tarixində durğunluq və tənəzzülə son qoymaqla inkişafa, tərəqqiyə doğru inamlı addımlar atıldı. Vətənini və xalqını böyük bir məhəbbətlə sevən dahi rəhbər tərəfindən sabitlik və təhlükəsizliyin təmin olunması üçün tarixən qısa bir zamanda əsaslı, təxirəsalınmaz tədbirlər həyata keçirildi, Azərbaycanın daxili və xarici siyasətinin prinsipial istiqamətləri müəyyənləşdi. Ölkəmizin beynəl­xalq aləmə iqtisadi və siyasi inteqra­siyasının təməli qoyuldu. 1994-cü il 20 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi haqqında xarici şirkətlərlə imzalanan «Əsrin müqaviləsi» tariximizə qızıl hərflərlə yazıldı. Heydər Əliyev Azərbaycanın ən çətin və ağır dövründə onu həm siyasi, həm də iqtisadi çətinliklər məngənəsindən qurtararaq, ölkəmizin təhlükəsizliyini və müstəqil bir dövlət kimi iqtisadi-siyasi azadlığını təmin etmişdir.

Tədbirdə vurğulanmışdır ki, Heydər Əliyevin Azərbaycan kimya sənayesində müasir tələblərə cavab verən istehsalat sahələrinin yaradılması və yeni texnoloji xətlərin istismara verilməsində əvəz­siz xilmətləri ol­muşdur. Qeyd olunmuşdur ki, dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını doğma xalqının xoşbəxt yaşamasına, Vətənimizin tərəqqisinə həsr etmişdir. Böyük öndər xalqımıza əmanət olaraq zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müasir Azərbaycanı yadigar qoymuşdur.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciət oxunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər