Misir Mərdanov AMEA-ya prezident gətirilir?

645

Azərbaycan Təhsil naziri vəzifəsindən azad edilən Misir Mərdanovun yeni vəzifəyə təyin olunduğu barədə xəbərlər yayılıb. Məlumatda bildirilir ki, Misir Mərdanov Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat İnstitunun direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının aprelin 24-də keçiriləcək ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçiriləcək.
sumqayitxeber.com əldə etdiyi məlumata görə Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının aprelin 24-də keçiriləcək  seçkilərinə qatılacaq və böyük ehtimalla o AMEA-ya prezident seçiləcək.

Qeyd edək ki, bu il fevralın əvvəlində AMEA prezidenti Mahmud Kərimovun vəfatından sonra bu vəzifəni vitse-prezident Akif Əlizadə icra edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər