Motosikletçilərin yarışı bu dəfə Sumqayıtda keçirilib

680

Motokross üzrə Azərbaycan çempionatında yarışlar yenidən bərpa olunub. Qısa fasilədən sonra baykerlər ölkə çempionatının növbəti mərhələsində bacarıqlarını göstəriblər. Motosikletçilərin yarışı bu dəfə Sumqayıtda keçirilib. Motokross üzrə ölkə çempionatının ikinci mərhələsində ümumilikdə 15 bayker uzunluğu 3450 metr olan marşrutu hamıdan tez qət etməyə çalışıb. Bu məsafə üçün iştirakçıların ixtiyarıqda 12 dəqiqə olub. İdmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Mühərrikinin həcmi 125 kubsm olan motosikletlərdə birinci yeri Sumqayıt baykeri Namiq Mustafayev qazanıb. Bakı idmançısı Məmməd Ağamalıyev finiş xəttini ikinci, Nail Mustafayev isə üçüncü keçib. Daha sonra 250 kubsm-lik motosikletlərin yarışına start verilib. Bu növdə də Sumqayıt baykeri Vaqif Əhmədov marşrutu hamıdan tez qət edib. Şakir Ağasıyev və Vyaçeslav Nebrotenko isə ikinci mərhələni müvafiq olaraq ikinci və üçüncü yerdə başa vurublar.

Bir qədər sonra ikinci dövrədə starta 125 kubsm-lik motosikletlərdə qüvvələrini sınayan baykerlər dəvət alıblar. İkinci dövrədə startdaca zədələnən yığmanın əsas üzvlərindən biri sayılan Namiq Mustafayev yarışı tərk etməli olub. Nəticədə ən güclü üçlüyü Məmməd Ağamalıyev, Nail Müstafayev və Emin Əliyev təşkil edib. 250 kub sm-lik motosikletlərin ikinci dövrədə yarışında 3,5 km-lik marşrutu hamıdan tez Vyaçeslav Nebrotenko keçib. Vaqif Əhmədov ikinci, Rüfət Nəzərov isə üçüncü yeri tutub.

Motobaykerlər 2 həftədən sonra Sumqayıtda yarışın 3-cü mərhələsinə start verəcəklər. Burada hər iki növdə Azərbaycan çempionlarının adları məlum olacaq. Qeyd edəy ki, hər 3 mərhələdə yüksək nəticə göstərəcək idmançılar isə oktyabrın 2-5-i aralığında Hollandiyada keçiriləcək motokross üzrə Avropa çempionatında mübarizə aparacaqlar.ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər