“Muay tay idman növündə Azərbaycan bayrağının qaldırılıb-qaldırılmamasının bizim üçün fərqi yoxdur”

616
Muay Tay üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəhim Abasəliyev  Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovdan bu cavabı alıb.
Sentyabrın 6-da Rusiyanın Sankt-Peterburq şəhərində Muay tay üzrə dünya çempionatı keçiriləcək.  Bu mötəbər turnirdə Azərbaycan yığması iştirak edə bilməyəcək. Buna səbəb isə Gənclər və İdman Nazirliyinin bu yarışda iştirak üçün maliyyə ayırmamasıdır. Bu sözləri “Xeberle.com” xəbər portalına   eksklüziv açıqlamasında Muay tay üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəhim Abasəliyev deyib. Baş məşqçi bildirib ki,  bu yarışda 4 idmançı ilə təmsil olunmaq istəsələr də nazirlikdən bunun üçün maliyyə ayrılmayıb: ” Bu mötəbər turnirdə 4 idmançı və 1 məşqçi ilə təmsil olunmalıydıq. Bunun üçün isə təxminən 6000 ABŞ dolları (4700 AZN) lazımdır.”
Muay tay Federasiyasına illik 20000 AZN maliyyə ayrıldığını söyləyən R. Abasəliyev  yaranmış problemlə bağlı ı Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovla da görüşdüyünü deyir: ” Nazir müavinin qəbulunda oldum. O, isə idman şöbəsinin müdiri Mirkamil Rəhimovu çağırdı. Şöbə müdiri indiyədək 6500 AZN pul xərcləndiyini deyir. Mən ona bu yarışda iştirakımızın vacibliyini vurğuladım. O, isə “Muay tay idman növündə Azərbaycan bayrağının qaldırılıb-qaldırılmamasının bizim üçün fərqi yoxdur” deyə mənə cavab verdi. Bu nə cür yanaşmadır başa düşə bilmirəm. Dövlət bunun üçün pul ayırır, niyə belə laqeyd yanaşırlar bu məsələlərə?  İndiyədək 6500 AZN xərclənibsə, bəs yerdə qalan 13500 AZN hanı?”.
Yığmanını baş məşqçisi indiyədək bir sıra mötəbər turnirlərdə iştirak etdiklərini və vətənə medalla döndüklərinə sözünə əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər