Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru vəzifədən çıxarılır?

947

Bu gün Təhsil Nazirinin əmri ilə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filiailının direktoru Ramiz Məmmədov tutduğu vəzifəsindən azad edilib. Nazirlik hazırda Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialında ciddi yoxlamalar aparır. Bunların sırasında AMİ-nin Sumqayıt filialı da var.

Yaxın günlərdə Sumqayıt filialının direktorunun  dəyişdiriləcəyi xəbəri yayılıb.

Hazırda Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovdan sonra Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru Raya Nəcəfovanın da işdən uzaqlaşdırılacağı haqda məlumatlar dolaşır. Mənbədən verilən məlumata görə yeni direktor Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 60 yaşlı professordur.

ami

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər