“Zəngi” liseyinə yeni direktor təyin olunub.
Report-un əldə etdiyi məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bu vəzifə Almaz Əsgərovaya həvalə olunub.
A.Əsgərova bundan əvvəl Təhsil Nazirliyinin Keyfiyyətin təminatı sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu ilin avqust ayında “Zəngi” liseyinin yaradıcısı və uzun müddət direktoru olan Azərbaycanın əməkdar təhsil işçisi Bayram Heydərov vəfat edib.