Nazir küçədə 5 min tapıb qaytaran məktəblini təltif etdi

2756

Tapdığı 5 min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edib.

 Məlumat üçün bildirək ki, məktəbli pul kisəsinin sahibi tərəfindən təklif olunan mükafatdan da imtina etmişdi.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər