Nazirlər Kabineti istefaya getdi – SİYAHI – Yeni hökumətdə kimlər olacaq…

2730

Bu gün –aprelin 18-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir.

Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş  sayılır.  Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir.

Modern.az saytı Nazirlər Kabinetinə daxil olan rəsmilərin siyahısını təqdim edir:

Baş nazir Artur Rasizadə

Baş nazirin birinci müavini Yaqub Eyyubov

Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

xarici işlər naziri Elmar Məmmədyarov

müdafiə naziri Zakir Həsənov

ədliyyə naziri Fikrət Məmmədov

daxili işlər naziri Ramil Usubov

fövqəladə hallar naziri Kəmaləddin Heydərov

müdafiə sənayesi naziri Yavər Camalov

maliyyə naziri Samir Şərifov

vergilər naziri Mikayıl Cabbarov

iqtisadiyyat naziri Şahin Mustafayev

kənd təsərrüfatı naziri Heydər Əsədov

energetika naziri Pərviz Şahbazov

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

səhiyyə naziri Oqtay Şirəliyev

mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

gənclər və idman naziri Azad Rəhimov

təhsil naziri  – boşdur

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  – boşdur

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər