Neft Akademiyası ilə “Azərikimya” İstehsalat Birliyinin əlaqələri möhkəmlənir

702

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinə yeni mütəxəssislər gəlib. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 8 məzunu artıq “Etilen-polietilen” zavodunun əməkdaşıdır.

Gənc mütəxəssislər Neft Akademiyası ilə ARDNŞ arasında cari ilin iyun ayında imzalanmış sazişə əsasən işə götürülüblər. Tərəflər ADNA-nın məzunlarının hər il “Azərikimya” müəssisəsində işlə təmin edilməsi barədə razılığa gəliblər.

Gənc mütəxəssislər istehsalat birliyinin fəaliyyəti ilə tanış olub, texniki və yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırılıblar.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər