“Nəsimi” parkı yenidən qurulur

865

Sumqayıtda “Nəsimi” adına mədəniyyət və istirahət parkında abadlıq və yenidənqurma işləri davam etdirilir.

sumqayitxeber.com saytı Sumqayıt şəhər icra Hakimiyyətinə istinadən məlumat verir ki, park ərazisində yolların, keçidlərin genişləndirilərək asfalt örtükləri yenisi ilə əvəz olunur. Parkın 3900 m2 sahəsi asfalt örtüyü qoyulması məqsədilə hazırlanıb. Ərazidə 1500 m2 sahəyə tamet döşəmə qoyulub. Parkın tam işıqlandırılması məqsədilə 1900 metr kabel xətlərinin keçidi üçün PVX markalı vinil şlanqlar basdırılıb. 350 metr yeni kabel xətti artıq çəkilib, 48 ədəd müasir tipli dekorativ dirəklər basdırılıb. Yeni еlеktrik fənərləri və lampalar asılıb. Bundan əlavə hazırda parkda oturacaqlar və zibil qutuları yenisi ilə əvəz edilir, yaşıllaşdırma işləri aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Afina
    Oktyabr 7, 2010 - 12:07

    Salam Sumqayit xeber.Bu xeber heqiqeten de sevindiricidir.Cunki bizim usaqliqimiz o parkda kechibdir.Ama indi parkin veziyyeti urek acan halda deyil.Bir valideyin kimi men bu abadlashdirma, yenidenqurma ishlerinin terefdariyam.Isiq sistemi, temizlik, oturacaqlar hamisi urek aqridacaq veziyyetdedir.Ehalimizden xahish edirem gelin bizim istirahetimiz uchun yaradilan rahatciliqin qedrini bilek.Yaradicalaq gozelliyi mehv etmeyek, daqitmayaq,qirmayaq.Icra Hakimimize tesekkur edirem.Ve bu ishde butun chalishanlara uqurlar arzulayiram.

  • MEDINE
    Oktyabr 7, 2010 - 18:56

    dogurdan ela duzeldibler beyenilsin

  • Natiq Cavadli
    May 1, 2011 - 21:09

    bir neçə ay əvvəl sabiq icra başçısı Vaqif Əliyev bu parkın abadlaşdırılması üçün 100 minlər xərcləndi, yenidən abadlaşdırma pul silməkdən başqa bir şey deyil

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər