Oğru tutuldu

715

Sumqayıt şəhərində bağ evindən oğurluq edən şəxs tutulub. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, şəhər sakini Ələsgər Hüseynova məxsus bağ evindən 1023 manat, məişət və ev əşyalarını oğurlanıb.

Zərərçəkmiş bağ evindən oğurluq hadisəsinin baş verməsi ilə bağlı polisə məlumat verib. Onun məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini Məqsəd Qafarov və Lənkəran rayon sakini Samir Canıyev tutulublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlayıb. Onların başqa cinayətlərdə iştirak edib-etməmləri araşdırılır.

Publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər