Oksana yalanını özü ifşa etdi – Hamiləlik fotolarını yaydı

3003

Son bir neçə aydır ki, Oksana Rəsulova KİV-lərin və sosial şəbəkələrin gündəmindən düşmür ki, düşmür. Buna səbəb rəqqasənin hamiləliyi və daha sonra açıqladığı gizli evliliyidir. 

Yerli mediada Oksana barədə tez-tez məlumatlar dərc edilsə də, qarşı tərəfdən yalnız bir açıqlama gəlirdi- “Yalandır”.

Rəqqasə təkcə ana olmağı, gizli evliliyi barədə yox, elə eks-əri Elşad Xose tərəfindən döyülməsini də inkar edirdi. Lakin zaman bu inkarları təsdiqə çevirə bildi. Hətta onun özü də açıqlama verdi ki, xəbər doğrudur.

Elə bir müddət əvvəl Oksananın yaxınlarına istinadən ana olması xəbərini dərc etdik. Aktrisa isə onu təbrik edənlərə  “yalandır” dedi. Özü də doğuşdan bir neçə saat sonra instaqram səhifəsində “qışa hazırlıq” başlığı ilə şəkillər paylaşdı. Guya, Oksana hamilə deyil, heç uşaq da dünyaya gətirməyib və evində oturaraq turşu bağlayır.

O, 9 ay boyunca insanları aldadaraq rəsmi hesabında “beli incə” şəkilər paylaşır, mediadakı yazıların yalan olduğunu hər kəsə sübut etməyə çalışırdı. İzləyicilərin suallarından yayınmaq üçün şərh bölməsini də deaktiv edirdi.

“Qafqazinfo” xəbər verir ki, nəhayət, bu gün Oksana Rəsulova nə fikirləşibsə, hamiləli ikən çəkdirdiyi fotoları paylaşaraq aylardır hamının danışdığı xəbəri təsdiqləyib:

“Bu gün sizlərlə bölüşmək istədiyim duyğularım var…Son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi, bəzi insanlar üzündən, onları Allahın öhdəsinə buraxmışam, məni anlamadam qınağa çevirdilər, dəstək olanlar da var idi. Mən onu anladım ki, insanlar necə də kobudlaşıb və acınacaqsız olub (bu hər kəsə aid deyil) Bir qadının 15 ildir övlad həsrətində olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb kimisə günahlandırmaq nə qədər düzgündür? Özü də qadın hamilədirsə, bəs Allah qorxusu?

Bəyəm tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, söz verdim özümə, ailəmə ki artıq olmayacaq…Mən, ümumiyətlə, heç vaxt öz problemlərimi tamaşaçılarımla bolüşməmişəm, amma nədənsə şəxsi həyatım hər zaman maraq mərkəzində olub.

Bəli, ailə həyatı qurmuşam, hamiləyəm. Son aylar bəzi media işçiləri və aparıcılar mənə böyük bir stress yaşatdılar. Onlar daxili problemlərimi bilməyə-bilməyə yazıb şişirtdilər. Onlar düşünmədilər ki, bu problemi hər kəs yaşaya bilər… Mən hirsləndim, ağladım, kövrəldim, bir kəlmə cavab vermədim, çünki söz vermişdim.

İndi də cavab vermirəm, sadəcə sizlərlə bölüşürəm. Bəlkə də, həyatımda birinci dəfə…

Ana olmağı isə hər qadına arzulayıram, Allah köməyimiz olsun… Allah saf niyyətləri qəbul etsin. Sizdən xahişim olacaq, bundan sonra mənə ailə həyatımla bağlı suallar verməyin! Birdə ki, şərh yazanda və ya kiminsə haqqında danışanda diqqətli olun, çalışın heç kimin qəlbin qırmayın. Nə vaxtsa, özünüz qırıla bilərsiz”.







www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər