Ölkəmizdə HİV infeksiyasının aşkarlandığı həmin ildən bu günədək nə dəyişib?

929

149Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda HİV/AİDS problemi ilə əlaqədar 2009-cu ilin hesabatını açıqlayıb. Qurumun açıqlamasına görə ölkədə HİV epidemiyası əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb.

Belə ki, Azərbaycanda təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2%-i, ümumilikdə isə 1987-2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-i (96,0%) Azərbaycan vətəndaşı, 18 nəfəri (4,0%) isə əcnəbi vətəndaşdır.

Qeydiyyata alınan 437 Azərbaycan vətəndaşından 362-i (82,8%) kişi, 75-i (17,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub.

Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV-infeksiyası təsdiq olunan 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri (96,0%) Azərbaycan vətəndaşı, 90 nəfəri (4,0%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7%) kişi, 355-i (16,3%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər olub.

Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i (29,3%) Bakı şəhəri və Abşeron rayonunda, 1497-i (68,9%) Respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8%) yaşayış yeri naməlumdur. 2174 nəfər Azərbaycan vətəndaşından 1395-də (64,2%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 509-da (23,4%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 21-də (1,0%) anadan uşağa keçməklə, 232 nəfərdə (10,7%) yoluxma yolu naməlumdur.

1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib.

Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 330 nəfər cəlb olunub. Onlardan 133 nəfərində müalicəyə 2009-cu ildə başlanılıb.

Qeyd edək ki, HİV/AİDS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur.

P.S. Sumqayıt şəhər Gigeyena və Epidemiologiya Mərkəzi isə Sumqayıtdakı HİV daşıyıcılarının sayını əks etdirən statistikanı təqdim etmədi. Baxmayaraq ki, QİÇS-lə Mübarizə Mərkəzi Statistik məlumatları ənənəvi olaraq hər il ictimaiyyətə təqdim edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər