Ölkənin ən güclü 8 şagirdi içərisində kənd məktəbində təhsil alan yeganə şagird – FOTO

522
Kənd məktəbinin şagirdi, olimpiadanın qızıl medalçısı, “Birincilərin birincisi” Alimə Əliyeva
İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin XI sinif şagirdi Alimə Əliyeva tarix fənni üzrə ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.
Alimə Əliyeva ölkənin ən güclü 8 şagirdi içərisində kənd məktəbində təhsil alan yeganə şagirddir.
Onu da qeyd edək ki, Alimə Əliyeva 3 il tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak edib və ardıcıl olaraq bürünc, gümüş və qızıl medala layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər