Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə Araz Manuçəri Respublika Narkoloji Mərkəzin baş həkimi təyin edilib.
Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov həbs olunub.
Sözügedən xəbəri Unikal.org-a Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova təsdiqləyib.
Qeyd edək ki, Araz Manuçəri 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi olub.
Amid Əyyuboğlu