Orta məktəbdə pul yığılır?

637
Valideyn orta məktəbdə problemlə üzləşib. Sumqayıt şəhərində yaşayan valideyn Milli.Az-a yazdığı məktubda bildirir ki, qızı 11 saylı məktəbin 4-cü sinifində təhsil alır. Valideyn iddia edir ki, təhsil müəssisəsində müəllimlərdən məktəb direktoru tərəfindən pul yığılması tələb olunur. Müəyyən edilmiş məbləğin may ayınacan toplanması tapşırılıb. Valideyn bu məsələ ilə bağlı hansı quruma müraciət etməli olduğunu bilmək istəyir.
Orta məktəbin direktor müavini Fatma Tağıyeva Milli.Az-a açıqlamasında bildirdi ki, valideynin belə bir şikayət etməsi inandırıcı deyil: “Bizim məktəb şəhərin ad almış məktəblərindəndir. 11 saylı məktəbdə şəgirdlərdən heç bir şey yığılmır. Ola bilsin bu, məktəbi gözü götürməyənlərin şəridir”.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Vaqif Ələkbərov Milli.Az-ın məktəblə bağlı müraciəti araşdırıldıqdan sonra cavab veriləcəyinə söz verdi: “Məktəbdə pul toplanması mümkün deyil. Lakin şikayət varsa, araşdırılıb cavab veriləcək”.
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Milli.Az-a müraciətinə cavabında qeyd etdi ki, vətəndaşlar korrupsiya hüquqpozmaları ilə üzləşdikləri halda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən “161” qaynar xətt əlaqə mərkəzinə müraciət edə bilərlər.
Qurum rəsmisi əlavə etdi ki, cinayət prosesual qanunvericiliyinin tələblərinə görə, korrupsiya hüquqpozmaları ilə əlaqədar kütləvi informasiya vasitələrinə (KİV) məlum olmuş və cinayət işinin başlanması üçün səbəb hesab edilən məlumat dərc edildikdən və ya yayımlandıqdan sonra KİV-in vəzifəli şəxsləri məlumatı cinayət təqibi orqanlarına göndərməlidirlər. Anar Məmmədov, Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər