Son illərdə Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə həllini tapan əsas sosial problemlərdən biri də dam örtüklərinin vurulması və yenilənməsi ilə bağlı oldu. Son illər ərzində şəhərin mənzil fonduna aid olan çoxmənzilli yaşayış binalarının dam örtüyü vuruldu. Şəhər sakinlərinin mütləq əksəriyyətini bir başa narahat edən əsas problemlərdən biri artıq öz həllini tapıb.
Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarında kompleks tədbirlər ötən il də davam etdirilib. 2020-ci ildə 235 yaşayış binasının dam örtüyünün dəyişdirilməsi işləri başa çatdırılıb. Yaşayış binalarında 465 kv.metr şifer təmir edilib, su axıdıcı borular quraşdırılıb. 155 binanın fasadı əsaslı təmir edilib, 4700 kv.metr fasad və kürsü divarı rənglənmişdir. Hazırda Şirvan yaşayış massivində 5 binanın fasadında işlər davam etdirilir. Bununla yanaşı yaşayış binalarının girişlərinə 103 ədəd dəmir qapı qoyulub, 243 giriş təmir edilib.
Məhəllə və mikrorayonların ərazisində 436 oturacaq, 5 ədəd kölgəlik quraşdırılıb, 26 kölgəlik təmir edilib. Bu sahədə işlər davam etdirilir.