Lətifə
ABŞ-da terror hadisəsi baş verəndə dünyanın hər yerindən xilasedicilər Amerika xalqına köməyə gedirlər. Azərbaycandan da iki nəfər – Nəmiş və Mitoş hadisə yerinə göndərilir. Mitoş yanmaqda olan dağılmış binanın 3-cü mərtəbəsindən uşaqları bir-bir aşağı atır, Nəmiş də tutur.
Bir, iki, üç, dörd, beş, altı uşağı atandan sonra Mitoş zənci uşağı atır. Ağ uşaqları tutan Nəmiş zəncini tutmur və o, yerə çırpılıb ölür.
Mitoş yenə ağ uşaqları atır, bu dəfə də sıra zənciyə çatır. Onu atanda Nəmiş yenidən uşağı tutmur, bu uşaq da yerə dəyib ölür.
Mitoş yuxarıdan hiddətlə qışqırır:
– Ə, sənin başın xarabdır? Niyə uşağı tutmursan?
Nəmiş əsəbi halda deyir:
– Başı xarab sənsən. Görürsən vaxt itiririk, yanmışları niyə atırsan?
Lətifə
Donuz balası Xryuşanı aparıb musiqi məktəbinə qoyurlar. Solfecio dərsində müəllim soruşur:
– Xryuşa, do-dan sonra nə gəlir?
Xryuşa deyir:
– Do-dan sonra əlbəttə ki, nuz gəlir.
Pritça
Bir nəfər hindli gənc cəngəllikdə gedən zaman görür ki, taqətsiz bir qoca yerə uzanıb qalıb, üstü də ağcaqanadlarla doludur. Ancaq qoca ağcaqanadları qovmur.
Hindli gənc heyrət içində deyir:
– Ağsaqqal, sən niyə ağcaqanadları qovmursan? Axı onlar sənin qanını içirlər.
Qoca zarıldayır:
– Bunlar qanımı içib doyublar. Mən onları qovsam yerlərinə təzələri – aclar gələcəklər, qanımı daha da amansızlıqla soracaqlar.
Animasiya
Canavar qoğalı tutub yemək istəyir. Qoğal deyir:
– Məni yemə, ay canavar. Bəlaya düşərsən. Məni dövlət qeydiyyatı olmayan bir sexdə, natəmizlik şəraitində bişiriblər. Məni buğda unundan yox, jımıxdan yoğurublar. Hər yerdə toz, çirk, tarakan… İçim başdan ayağa kartof göbələyi…
Canavar: – Tfu!!!, – deyib aradan çıxır.
Xəbər
Müxalifət qəzeti yazır:
“Dünən axşam, saat 19 radələrində Abşeronun Güzdək qəsəbəsi ərazisində ikinəfərlik təyyarə qəzaya uğrayıb”.
Hadisə yerinə gizlincə gedən əməkdaşımız orada iki minədək ölən və yaralanan olduğunu öz gözü ilə görüb. FHN-in işçiləri meyidləri təyyarənin qalıqları arasından çıxarmaqda ikən onların da bir neçəsi xəsarət alıb.
Əfsus ki, iqtidar yenə də hər şeyi gizlətməyi üstün tutur. Rəsmi məlumata görə ikinəfərlik təyyarənin qəzaya uğraması nəticəsində cəmi 2 nəfər həlak olub.
Lətifə
Bir dəfə Yazıçılar Birliyində debat gedir. Gənc şairlər hər şeyin pulla alınıb satıldığı müasir cəmiyyəti bəsdir deyincəyə qədər pisləyirlər. Onlardan biri – Zahir Əzəmət lap qədim dövrü – ibtidai icma quruluşundakı natura dövrünü də indikindən üstün tutaraq söyləyir:
– O zamanlar pul yox idi. İnsanlar aldıqlarının əvəzini buğda, meyvə, yağ, bal, pendirlə, daha bahalı malları mal-qara ilə ödəyirdilər. Çox gözəl zamanlar idi.
İbrahim İlyaslı təəccüblə yerindən deyir:
– Zahir, bəs onların kaşelyokları nə boyda idi ki?
Lətifə
İqtidaryönlü partiyaların rəhbərlərini xarici ölkələrə – təcrübə mübadiləsinə göndərirlər. Milli Dövlətçilik Partiyasının sədri sabir Tarıverdiyevin də bəxtinə Fransa düşür. Oradakı Demokratik Təkamül partiyasının ofisinə təşrif buyuran Sabir bəy fransızların danışığından belə anlayır ki, bunlar –syon şəkilçisindən gen-bol istifadə etməklə danışırlar.
Günorta acdığını görən Sabir müəllim yaxınlıqdakı restorana girir. Ofisiantı çağırıb ona fransızca sifariş verməyə cəhd göstərir:
– Mənə lö sveji salatsyon, qızartma ətsyon, çörəksyon, bir də lö yüz qramsyon gətirin.
Dərhal ofisiant gedir, az keçmir ki, deyilənləri masanın üstünə düzür. Sabir müəllim məmnunluqla ofisianta söyləyir:
– Sizin dili öyrənmək lö necə asansyon.
Ofisiant gülümsəyərək ona cavab verir:
– Əgər mənsyon da lö Azərbaycanlı olmasaydım, onda sənsyon ay yemişdin ha bu salatsyonla lö ətsyonu.
Kəlam
Nazirliklərin birinin şöbə müdiri: “Allaha and olsun imkansızlaşmışam. Uşaqlara səhər naharına daha qara yox, qırmızı kürü yedirdirəm”.
Etiraf
Fəzail Ağamalı özünü pis hiss etdiyindən Sumqayıt Poliklinikasında baş həkimə müraciət edir. Baş həkim onu UZİ aparatına saldırdıqdan sonra deyir:
– Fəzail müəllim, qarnınızda su toplanır. Mədə səthində ərp var. Böyrəklərinizdə qum var. Qarnınızın dəmir tərkibi isə normadan artıqdır.
Fəzail Ağamalı köks ötürür:
– Daha deynən betonam ki.
Olmuş hadisə
Millət vəkilləri Qənirə Paşayeva ilə Siyavuş Novruzov hansı cinsin daha çox danışması barədə mübahisə edirlər.
Siyavuş Novruzov deyir:
– Siz qadınlar hər gün kişilərdən 2 dəfə çox söz işlədirsiz.
Qənirə Paşayeva təhərini pozmur:
– Buna məcburuq. Çünki siz kişilərə hər dəfə eyni sözləri iki dəfə deməli oluruq.
Siyavuş Novruzov deyir:
– Nətəri yani, başa düşmədim.
Dialoq
– Sənin kasıb qohumların var?
– Təəssüf ki, mən onlar barədə heç nə bilmirəm.
– Bəs varlı qohumların?
– Təəssüf ki, onlar da mənim barəmdə heç nə bilmirlər.
Poeziya çələngi
Zavodları bağlandı,
Qazovkası tükənmədi şəhərimin.
Azkompozitdir adı
Yeni zəhərimin.
Pasyolka palçıqlarında
İşə keçir qaloşlar.
Gecələr parada çıxır
07-li avtoşlar
Rədd olsun kitabxana,
Teatr, kino, mədəniyyət.
Yaşasın şadlıq sarayları,
Restoran və barlar, gödəniyyət!
Yazdıqlarım boş-boşunadı,
Mürgülü xatirələri ayıltmadı.
Suma dedilər geri qayıt,
Nə yaxşı ki, o qayıtmadı.