“Pak – təmizlik dünyası!” sumqayıtlı xanımlara bayram hədiyyəsidir

744

Sumqayıt, 9 mart (AzərTAc). 8 Mart – Beynəlxalq Qadınlar Günü Sumqayıtın mərkəzində “Pak – təmizlik dünyası” kimyəvi təmizləmə kompleksi açılmışdır. Yeni kompleks Sumqayıt xanımları üçün əsl bayram hədiyyəsi olmuşdur. Qabaqcıl Almaniya və İspaniya texnologiyası ilə təchiz edilmiş müəssisə Sumqayıtın kimyəvi təmizləmə xidməti bazarında müxtəlif səviyyəli servis xidməti təklif edən azsaylı obyektlərdən biridir.
Layihənin rəhbəri Rövşən Ərəbov təqdimat mərasimində bildirmişdir ki, yüksək texnoloji proses sifarişin alınmasından təhvil verilməsinədək bütün təmizləmə mərhələlərinə nəzarəti təmin edir. Qeyri-məhdud texniki resurslar camaşırxana və kimyəvi təmizləmə xidmətlərinin qüsursuz yerinə yetirilməsinə təminat verir, geniş çeşiddə xidmətləri, o cümlədən VIP-təmizləməni, toxuma malların ekspres-təmizlənməsini, ən çətin ləkələrin çıxarılmasını, sifarişin evə çatdırılmasını nəzərdə tutur. Oksigen tərkibli ağardıcılardan istifadə və parçanın növünə uyğun fərdi proqramların seçilməsi pal-paltarın “ömrünü” uzadır, parçanın rəngini və strukturunu qoruyub saxlayır, innovasiyalı yuyulma metodu isə ona təravətli görkəm verməklə yanaşı, bir çox mikrobları məhv edir.
Əməliyyatlar xüsusi təlim keçmiş, müştərilərin sifarişini operativ və səliqəli yerinə yetirən təcrübəli ustalar tərəfindən aparılır. “Pak – təmizlik dünyası” kompleksi dövlətimizin ölkəmizdə sahibkarlığın inkişafı üçün sağlam biznes-mühit və əlverişli şərait yaratdığını təsdiq edir. Kompleks yaxın vaxtlarda fəaliyyət sahəsini genişləndirərək, xalça və yun məmulatının təmizlənməsini nəzərdə tutan daha bir xidmət göstərməyə başlayacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər