Parlamentin komitə sədri: “Anım Günü milli qürur günü kimi qeyd edilir”

327

“Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 27 Sentyabr Anım Günü təsis edilib. Ali Baş Komandanın Anım Günü ilə bağlı bu gün xalqa müraciətində qeyd etdiyi kimi, bir il əvvəl biz milli qürur savaşına, müqəddəs savaşa çıxmışdıq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişi deyib ki, bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu, mülki şəxslər, hərbçilər həlak oldu: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başladı və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanıldı. Anım Günü milli qürur günü kimi qeyd edilir. Azərbaycan dövləti, xalqı şəhidlərin xatirəsini uca tutur. Şəhidlərin əziz xatirəsinə parklar, xiyabanlar salınır. Bu gün dövlət başçısı tərəfindən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin də təməli qoyulacaq”.

Parlamentin komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağı, nəyin bahasına olursa-olsun torpaqlarımızın geri qaytarılacağını bəyan etmişdi: “Prezident İlham Əliyevin ötən dövr ərzində qətiyyətli, prinsipial və düşünülmüş siyasəti nəticəsində güclü iqtisadiyyat formalaşdırıldı, iqtisadi müstəqilliyimiz təmin edildi, ölkənin beynəlxalq nüfuzunu yüksəldildi, müasir, güclü ordu yaradıldı, xalq səfərbər olundu. Görülən bu işlər isə tarixi Qələbəyə zəmin yaratdı. Tarixi Qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, Müzəffər Xalq, Qalib Dövlət deməkdir. Ermənistanın hərbi, insanlıq əleyhinə cinayətlərinə, çirkin əməllərinə, mülki əhaliyə qarşı müharibə aparmasına, şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan atəşə tutmasına, faşizm siyasəti yürütməsinə baxmayaraq, Azərbaycan xalqı yumruq kimi öz Liderinin ətrafında sıx birləşərək əzm, iradə, cəsarət nümayiş etdirdi. Dövlət başçısının dediyi kimi, müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur! Azərbaycan xalqının öz Liderinə və Ordumuzun gücünə inamı qələbəni təmin etdi. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. 44 gün ərzində Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz yalnız irəlilədi, torpaqlarımızı azad etdi. Biz qalib ölkə, müzəffər xalq kimi yaşayır, azad edilmiş torpaqları qurur və bərpa edirik”.

T. Mirkişili müharibə dövründə qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini, Türkiyə rəhbərliyi və xalqının həmrəylini də xüsusi qeyd edib: “Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar Azərbaycana çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Bizə siyasi dəstək göstərən Pakistan və digər dost ölkələrə də minnətdarıq”.

O, artıq Azərbaycanın ərazi bütövlüyü problemi olmadığını vurğulayıb: “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Müharibə artıq arxada qalıb. Bu gün Azərbaycan bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfdir”.

Parlamentin komitə sədri bütün dünyanın, o cümlədən Ermənistanın havadarlarının isə erməni faşizminin nəticələrini görməsi və qəbul etməsinin vacib olduğunu vurğulayıb: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Erməni faşizminin təzahürləri, revanşizm meylləri ilk növbədə Ermənistanın özü üçün təhlükədir. Ermənistan və Ermənistanın havadarları Azərbaycan Prezidentinin bu gün bir daha səsləndirdiyi bəyanatdan nəticə çıxarmalıdırlar. Ali Baş Komandanın dediyi kimi, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! Azərbaycan bütün ssenarilərə hazırdır, Ermənistanın hər bir təxribatına layiqli cavab veriləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər