Partiya sədri Sumqayıt polisindən Prezident Administrasiyasına şikayət etdi

592

Aprelin 22-də Ümid Partiyası məlumat yayıb. Məlumatda deyilir:

“Dünən Sumqayıtda Ümid Partiyasının şəhər təşkilatına yerli polis idarəsinin rəis müavini Süleyman Nemətovun rəhbərliyi ilə basqın, qərargahı icarəyə verən ev sahibinə təzyiqlər göstərilməsi, partiya üzvlərinin qərargahdan çıxarılması Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin ciddi etirazına səbəb olub. Bu gün İqbal Ağazadə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla telefonla danışaraq qeydiyyatdan keçmiş, Milli Məclisdə təmsil olunan, dövlət büdcəsindən maliyyələşən partiyaya münasibətlə bağlı etirazını bildirib. İqbal Ağazadə baş verənlərlə bağlı ölçü götürülməsini istəyib, əks halda məhkəməyə müraciət edəcəklərini bildirib. 

“Media forum”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər