Plastik qabı yerə atma, aparata at, kontur qazan!

2537

Ölkədə plastik qabları qəbul edən aparatlar quraşdırılıcaq. Bununla yanaşı Qafqazın ən böyük plastik qablarını yenidən emal edən zavad tikiləcək.

Musavat.com xəbər verir ki, bu həftə ərzində Bakıda istifadə edilməyən plastik qabları təhvil verə biləcəyimiz fandomat adlı aparat fəaliyyətə başlayacaq.

“Ecobox” adlı özəl şirkətin təşkilatçılığı ilə hazırlanan layihədə əsas məqsəd ekologiyanı çirklənmədən qorumaqdır. Eyni zamanda bu layihə vasitəsilə vətəndaşlar gəlir də əldə edəcəklər. Bunun çox sadə yolu var. Belə ki, istifadə etmədiyimiz plastik qabı mövcud boşluğa atacağıq, daha sonra monitorda yazılan “irəli” düyməsini seçməklə hesabımıza yüklənən gəlirin market qəbzi, danışıq dəqiqələri və ya hansısa bir xeyriyyə aksiyası üçün yardım məqsədli olması bölümünü seçəcəyik. Bu layihənin həyata keçirilməsində Azərcell və Bakcell şirkətləri ilə də əməkdaşlıq edilib.

Gətirilən bu aparatların böyük ticarət obyektlərində, dənizkənarı bulvarda, vağzallarda, metroda və adamların sıxlıq təşkil etdiyi yerlərdə quraşdırılması planlaşdırılıb.

Ecobox şirkətinin direktoru Fuad Ağayev bildirib ki, 12-25 min avro dəyərində olan bu aparatlar Almaniyadan gətirilib. “Bu aparatların gətirilməsində, sırf kommersiya məqsədi güdülməsə də, təbii ki, bu layihə ölkə iqtisadiyyatına xeyli gəlir qazandırmış olacaq”.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, fandomat təkcə plastik butulkaları deyil, həm də alüminium bankaları və polietilen qabları da qəbul edə bilən robotlaşmış aparatdır.

Bəs təkrar emal edilmiş bu məhsulların sonu necə olacaq? Təkrar emaldan keçərək əldə olunan məhsuldan tikinti materialları, sintetik parçalar və digər bu kimi məhsullar əldə etmək mümkün olacaq.

Bu aparatlar artıq bir çox iri ticarə obyektlərdə yerləşdirilib.

fandomat3.jpg (56 KB)

fandomat2.jpg (68 KB)

fandomat4.jpg (45 KB)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər