Prezident İlham Əliyev Sumqayıtda – FOTOLAR

545

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev  Sumqayıt şəhərinə əsas giriş yolunda – Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə, Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub, əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında olub, Heydər Əliyev Mərkəzinin binasının,  Sumqayıt Dənizkənarı Bulvarının, Şahmat Məktəbinin və Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

sumqayitxeber.com prezidentin səfərindən fotoları təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər