Prezident Sərəncam imzaladı - Sumqayıt Vəkillər Kollegiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə...

1355
Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə binalar ayrılacaq

Nazirlər Kabineti iki ay ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Bakıda bina ilə təmin olunmasını təmin edəcək.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

 Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində regionlarda apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün də tədbirlər görməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər