Prezident Sumqayıt məhkəməsinə yeni hakimlər təyin etdi

639

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. 
Vəzifələri dəyişilənlər arasında Sumqayıt şəhər Məhkəməsinin hakimi də var.
Belə ki, sərəncama əsasən Sumqayıt şəhər Məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin olunub. Onun yerinə isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əliyev Fikrət Hüseyn oğlu isə Sumqayıt şəhər Məhkəməsinə hakim təyin edilib.
Sumqayıt şəhər Məhkəməsinə yeni hakim təyin edilən  Fikrət Əliyev haqqında qısa bioqrafik məlumatı təqdim edirik:
Əliyev Fikrət Hüseyn oğlu 1963-cü ildə anadan olub. O, 1991-ci  ildə Bakı Dövlət Universitetinin  Hüquq fakültəsini bitirib. 1991-1992-ci illərdə Bakı Qazan Mexaniki Zavodunda hüquqşünas, 1992-ci ildə Müdafiə Nazirliyi Hüquq müdafiə şöbəsinin hüquq məsləhətçisi, Hərbi hüquq şöbəsinin baş zabiti, 1992 – 2000-ci illərdə Füzuli Qarnizonu Hərbi Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Gəncə Hərbi Məhkəməsinin hakimi, 2007-ci ildən son sərəncama  kimi isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər