Prezident İlham Əliyev oktyabrın 4-də “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən Sumqayıt şəhərində də 59 binanın dam örtüyü təmir ediləcək.
sumqayitxeber.com xəbər verir ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu (islahatlarla bağlı xərclər) yarımbəndində nəzərdə tutulan vəsaitin 21 milyon 194 min 760 manatı 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə Azərbaycanın 27 şəhər və rayonunun icra hakimiyyətlərinə ayrılıb.
Sərəncama əsasən, Gəncə (148 bina), Şirvan (72 bina), Sumqayıt (59 bina), Mingəçevir (56 bina), Şəki (25 bina), Lənkəran (11 bina), Şəmkir, Xaçmaz (hər birində 10 bina), Cəlilabad (8 bina), İmişli, Qazax (hər birində 5 bina), Bərdə, Daşkəsən, Göyçay (hər birində 3 bina), Ağdaş, Ağsu, Kürdəmir, Quba, Salyan (hər birində 2 bina), Yevlax, Astara, Biləsuvar, Neftçala, Samux, Siyəzən, Şabran və Şamaxıda (hər birində 1 bina) çoxmənzilli binaların dam örtüyü təmir ediləcək.
Prezident Sumqayıtda bu məktəb direktorlarını və müəllimləri təltif etdi -ADLAR