Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də Vyana şəhərində imzalanmış 2018-2020-ci illər üzrə İş Proqramı təsdiq edilib.
Təhsil Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən İş Proqramının müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.