Aparıcı, aktrisa Mələk Heydərova futbolu sevən qadınlardandır.
metbuat.az xəbər verir ki, aktrisa Mələk Heydərova bu Qarabağ klubunun UEFA Avropa Liqası qrupundan çıxma ehtimalı ilə bağlı maraqlı açıqlama verib:
“Birinci dəfə “Qarabağ” klubu Avropada uğur qzazananda dedim udsalar ərə gedəcəm. Ancaq bunlar uda-uda gedir, hələ mən tərpənə bilmirəm. Çox istəyərdim ərə gedim, onlar sonra uğurlarını davam etdirsinlər. Bir neçə müddətdir oyunlara gedə bilmirəm. Ancaq ürəyim həmişə “Qarabağ”ladır. İzləyirəm onların oyunlarını. Hər yerdə də mənə “niyə ərə getmədin” sualını verdilər. Ərə getməyi çox istəyirəm. İndi də deyirəm növbəti mərhələyə keçsələr, “Qarabağ” klubunun subay oyuncusu ilə evlənəcəm.”