Qənaət üçün öz zibilini yeyir

625

ABŞ-ın Ohio əyalətində yaşayan 51 yaşlı Viktoria Hunt görənləri heyrətə gətirən bir həyat yaşayır.

Mühasibatlıq peşəsindən 48 yaşında təqaüdə çıxan Hunt hər qəpiyinin hesabını aparır. Qənaətdə sərhəd tanımayan Hunt tualetini qablara edib bağçaya tökür. Bununla o su pulundan bir neçə dollara qənaət edir. Yeməyini isə zibillikdən yığır. Hunt ildə kamunal xərclər, qida xərcləmələri və sağlamlıq sığortasından 12 min dollara qənaət etmiş olur.

28 yaşında “kasıb” bir həyat yaşamağa qərar verən Hunt 25 il əvvəl də konteynerdə yaşamış və ictimai kömək əldə edib.

O soyuducusuna zaman nizamlayıcı taxdıraraq gündə yalnız 12 saat işlədir.

Hunt  çayını da bağçasındakı bitkilərdən hazırladığını və bunun sayəsində  8 dollarlıq çay xərcindən xilas olduğunu bildirir. Huntun 50 yaşında təqaüdçü ola bilməsini də illərlə qənaət etməsiylə əlaqəli olduğu bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər