Onun imzasına 1957-ci ildən 1961-ci ilə kimi Qubadlıda çıxan “Avanqard“ qəzetində redaktor, 1961-ci ildən 1963-cü ilin mayına kimi Azərbaycan KP MK və Azərbaycan Nazirlər Sovetinin Cəbrayıl rayonlararası “Kolxozçu“ və Laçın rayonlararası “Kənd üəyatı“ qəzetində xüsusi müxbir, 1963-cü ilin may ayından isə Azərbaycan KP MK və Azərbaycan Nazirlər Sovetinin Zəngilan rayonlararası qəzetdə sonra isə rayon qəzetinə çevirilmiş “Kənd həyatı“ qəzetində redaktor kimi 1989-cu ilin iyununa qədər rast gəlmək olar.
1989-cu ildə təqaüdə çıxdıqdan sonra da müstəqil jurnalist kimi fəaliyyətini səylə davam etdirmişdir. Mürsəl Qocayevin imzası nəinki çalışdığı, həm də respublikanın bir sıra qəzetlərinin səhifələrində, Azərbaycan teleradiosunun ekran və efirində gedən bir sıra materiallardan da diqqətli oxuculara tanışdır.
Uzun muddət mətbuatda səmərəli fəaliyyət göstərməsi onun bu saüəyə bilavasitə istehsalatdan gəlməsi möhkəm əmək vərdişi və geniş ictimai görüşə malik olması ilə əlaqədardır. M. Qocayev 1941-ci ildə Bakı şəhərində 10 nömrəli TPM-ni tokar ixtisası üzrə bitirib Binəqədi rayonundakı hərbi zavodda işləmiş, sonra kəndə getmiş və bir il təsərrüfatda çalışmış, 1943-cü ildə yenidən Bakıya qayıdıb Binəqədi neft trestinin dəqiq ölçü alətləri sexində işləmiş, həm də orta təhsilini axşam fəhlə-gənclər orta məktəbində davam etdirmişdir. 1944-cü ildə indiki N. tusi adına APU-yə daxil olub 1948-ci ildə onun dil-ədəbiyyat fakultəsini müvəffəqiyyətlə bitirmişdir.
O, altı il Zəngəzurda əsası 1884-cü ildə qoyulan ilk məktəblərdən biri və diqqətəlayiq ənənəsi olan Qubadlı orta məktəbində əvvəlcə müəllim, sonralar isə tədris üissə üzrə direktor müavini işləmişdir. Bütün bunlar ona qarşıdakı fəaliyyət illəri üçün möükəm zəmin yaratmış-dır.
İşlədiyi müddət ərzincə özünü hər cəhətdən göstərən bir ziyalı kimi onu 1955-ci ildə RPK-nin idioloji şöbəsinin müdir vəzifəsinə irəli çəkmiş, 1957-ci ildə isə rayon qəzetinə redaktor təyin etmişlər. Bütün bunlar adi bioqrafik göstəricilər deyil, düz yarım əsirlik əmək yoludur ki, bununda düz 40 ili daim gərgin narahat mətbuata həsr olunmuşdur.
Birisindən soruşurlar:
– Qardaşın necə adamdır?
Cavab verib deyir:
– Yoldaş olmamışam.
Doğrudanda çox böyük hikmətdir. Yoldaş olmayınca qardaş da qardaşı yaxşı tanıya bilməz. Əmək prossesi, birgə işləmək də belədir. Onda adam-adamı daha hərtərəfli, nisbətən dolğun tanıya bilir.
Mən Mürsəl müəllimi 1967-ci ildən, hələ orta məktəbdə oxuyarkən tanıyıram. Rayon qəzetləri rayonlararası qəzetə çevirilmişdi. “Kənd həyatı“ qəzeti redaksiyası Laçından köçürülüb Zəngilanda nəşrə başlamış Zəngilan Qubadlı və Laçın rayonlarını əhatə edirdi. Qəzet əvvəlki rayon qəzetindən fərqli olaraq yeni formada 4 səhifə şəklində çıxırdı. Qəzet ilk nömrələrindən oxucuların diqqətini cəlb edirdi. Məktəbdə müəllimlərimizdən, evdə valideynlərimizdən, ünsiyyətdə olduğumuz adamlardan onun səhifələrində gedən materiallar haqqında çox rəylər eşidirdik. Özüm də o qəzetin oxucusuna çevirilmişdim. Mətbuata ilk marağım məhz onda oyanmışdı. Ancaq bu arzuma çata biləcəyim mənə xəyal kimi gəlirdi. Ancaq hələ orta məktəbdə oxuyarkən həmin qəzetdə ilk dəfə öz imzamı gördükdə keçirdiyim sevinc, təəssüratı indi də şirin bir xatirə kimi yaddaşımda yaşamaqdadır. O zaman kiçik bir xəbərim dərc olunmuşdu.
Orta məktəbi qurtaranda redaksiyada boş yer olduğunu bilib redaktor müavini N. Bəxtiyarov vasitəsi ilə Mürsəl müəllimə müraciət etdim. O məni ədəbi işçi kimi müvəqqəti işə qəbul etdi. Çox gərgin vaxtlar idi. Mətbəənin texniki bazası çox zəif idi. İxtisaslı mürəttiblər çatışmırdı. Tez-tez mətbəə avadanlıqlarında baş verən qüsurlar, elektrik enerjisindəki fasilələr, üç rayonun bir-birindən çox aralı olması, rabitə və nəqliyyat əlaqəsinin zəifliyi, işləri normal aparılmasına imkan vermirdi. Redaksiyada redaktor, müavini və bir şöbə müdirindən başqa heç kəsin qəzetçilik təcrübəsi yox idi. Sonradan redaksiyaya götürülmüş mən və məndən ələvə 3 nəfər isə nəinki təcrübəmiz, hətta sadəcə səriştəmiz belə yox idi. Bütün bu çətinliklərə baxmayaraq Mürsəl müəllimin təkidi ilə redaksiyaya yeni qəbul olunanlar, mən də universitetin qiyabi jurnalistik fakultəsinə təüsil almağa getdik. Xoş-bəxtlikdən hamımız qəbul oluduq.
Necə deyrlər, işin içinə girəndən sonra bildim ki, redaksiyada qarşıya çıxan bu çətinlikləri həll etmək üçün Mürsəl müəllim nə qədər gərgin işləməli olmuş. Qiyabiçilər təhsillərini davam etdirmək üçün qış, yay sesiyalarına gedəndə bu gərginlik iki-üç qat artdı. Bununla belə o qəzetdə gedən materialların üzərində çox ciddi işləyər, müəlliflərə habelə əməkdaşlarla geniş iş aparır və lazımi tövsiyələr verərdi.
Onun ən başlıca tövsiyəsi, tələb və təkidi bu idi ki, əməkdaş yazıda heç bir qərəzə yol verməməli və təmənna güdməməlidir. O, materialları redaktə edərkən yazıda obyektivliyi əsas götürərdi. Məhz bunun nəticəsi idi ki, neçə illər ərzində bir dəfə də olsun redaksiya xoşagəlməz bir fakt qarşısında qalmamışdı.
Redaksiya üçün kadr hazırlamaq, mətbəənin texniki vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. İlk dəfə bizim mətbəədə linotoplar onun təşəbbüsü ilə quruldu.
Bizim zonada jurnalist birliyinin ilk təşkilatı bizim redaksiyanın yanında yarandı. Onun 1965-ci ildə ilk üzvü özü idi. Sonralar onların sayı 10 nəfərə çatdı.
Bir sıra gənclər redaksiyanın zəmanəti ilə jurnalist təhsili almış, M. Qocayevin zəmanəti ilə AJB üzvü olmuşlar.
Mətbuat fondunun müdiri, Milli Məclisin üzvü İmamverdi Ismayılov, “Musavat“ jurnalının redaktoru Nəsiman Yaqubov, “Azərbaycan“ qəzetinin xüsusi müxbiri Ərşad Əzimzadə, Zəngilan İH hümanitar şöbəsi-nin müdir müavini Şahmar Bayramov, “Ziyalı“ qəzetinin redaktoru “Qızıl qələm“ mükafatı Əvəz Rzayev, rayon qəzetinin əməkdaşlarından Salam Cavadov, Adif Ağayev, Lətif Şüküroğlü, Şəfiqə Məmmədova və bu məqalənin müəllifi buna misal ola bilər.
O, 1978-ci ildən Zəngilan rayonu işğal edilənə qədər AJB rayon qəzeti yanında ilk təşkilatının katibi olmuşdur.
Mürsəl Müəllim yüksək mənəviyatı, sağlam məişəti, kallektivdə səbr və təmkini ilə bizə həmişə şəxsi nümunə olmuşdur.
İşlədiyi müddət ərzində 4 mindən artıq qəzet imzalamış, müxtəlif qəzet janrında yüzlərlə məktub yazmışdır.
Erməni təcavüzkarlığı ilə əlaqədar olaraq M.Qocayev camaat arasın-da geniş iş aparmış, rayonda qarşıdurma hallarının olmaması üçün öz ziyalılıq nüfuzundan bacarıqla istifadə etmişdir.
Bəziləri böhranlı vaxtlarda ailəliklə rayonu tərk etdiyi halda, o, rayon mühasirəyə düşənə camaatdan ayrılmayıb Arazdan İran sərhəddinə keçməli oldu. Burada da mən onu bu faciəli mənzərəni öz foto-kamerasının lentinə köçürmək üçün qaçqın düşərgələrini bir-bir gəzən gördüm. Bu şəkillərin bəziləri respublika mətbuatında dərc olunmuşdur.
Ağır qaçqınlıq şəraiti, neçə illərdən bəri keçirdiyi sarsıntı, üstəlik qocalıq onu işləməsə də müstəqil jurnalist fəaliyyətindən ayıra bilməmişdir. 1993-cü ilin noyabrında Bakıda məskunlaşdıqdan sonra respublikanın bir sıra qəzetlərində ardıcıl çıxış etməkdədir.
Onun “Didərgin qayğıları, didərginə qayğılar“ rubrikası altında rayonun işğal olunması ilə əlaqədar olaraq verdiyi bir sıra məqalələrdə jurnalistin ürək yanğısı, torpaq həsrəti öz ifadəsini çox aydın tapmışdır. “Erməni siqləti“ məqaləsində isə ermənilərin uzun illərdən bəri apardığı hiyləgər siyasətinin bəzi məqamlarından oxuculara söhbət açılır.
1941-45-ci il müharibəsində Azərbaycan oğullarının göstərdiyi hünər gənclərimizin vətənpərvərlik tərbiyəsi üçün çox ibrətamizdir. Bu cəhətdən həmkarımın “Sərhəd“, “İki sahil“ qəzetində 416-cı diviziyanın 1386 polkunun zabitlərindən kapitanlar İsmayıl Sayılov, Məhəm-məd Heydərov, mayor Mirağa Əliyev haqqında verdiyi oçerklər xüsusi ilə səciyyəvidir. Jurnalistin şəhidlər haqqında yazılarını həyəcansız oxumaq olmur.
Mürsəl müəllimin “Dünya səndən kimlər keçdi“ rubrikası altında jurnalistin fəaliyyəti dövründə görüşdüyü bir sıra elm və sənət adamları haqqında mətbuatda xatirələri çap olunmuşdur. Onun “Şəhriyar“ qəzetində “Nurlu simalar“ sərlövhəsi altında öz ali məktəb müəllimləri: akademiklər Ə.Seyidov, M.Mehdizadə, professorlar Ə.Dəmirçizadə, Əli Sultanlı, dilçi alimlərdən İ.Əfəndiyev, Z.Tağızadə, Mirzə Cavad Bağırov və başqaları haqqındakı xatirələri öz müəllimlərinə dərin ehtiram və məüəbbət hissi ilə yazılmışdır.
“İki sahil“ qəzeti səhifələrində həmin rubrika altında S.Vurğun, Süleyman Rəüimov, Əli Vəliyev, Atif Zeynallı, Cəmşid Əmirov, akademik Abbas Abbaszadə, anadan olmasının 70 illiyi ilə əlaqədar tələbəlik yoldaşları xalq şairi Qabil, Əməkdar elm xadimi Sədi İmanov, yazıçı Hüseyn İbrahimov haqqında verilmiş xatirələri çox maraqla oxunur. Bundan əlavə onun Elbrus Şahmarın kitabları, Əli Vəliyev haqqında, general Arif Heydərov haqqında yeni çap olunmuş xatirə kitabları barədə qəzetlərdə dərc olunan rəylər də çox səmimiyyətlə yazılmışdır.
M.Qocayev bir vaxtlar rayon qəzetində “Zəngəzur ellərinin söz boxçasından“ rubrikası altında maraqlı folklor nümunələrinə xüsusi səhifələr həsr edərdi. O, indi də bu nümunələri toplamaqla məşğuldur. Onun bəzi nümunələrini “İki sahil “ qəzetində çox həvəslə oxumuşam.
Əvvəllər yazdıqları, 40 illik fəaliyyəti bir yana, təkcə üçillik qaçqınlıq dövründə müstəqil jurnalist kimi yazdığı publisistik məqalələr jurnalistlər üçün müəyyən edilən mükafatlardan hər hansı birinə desən layiqdir. Çox təəssüf ki, onun anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq 1986-cı ildə uzun müddət mətbuatda xidmətinə görə AJB-nin fəxri fərmanından başqa heç bir təltifi yoxdur.
Onunla görüşümüz zamanı dedi:
– Bu il Zəngilanda ilk qəzetinin nəşr olunmasının 65 ili tamam olur. Çox arzu edərdim ki, “Zəngilanın səsi“ nin nəşri bərpa olunsun. Bu, respublikanın hər tərəfində məskunlaşmış rayon əhalisinin torpaqlarımızın azad olunması uğrunda mübarizədə səylərini birləşdirməyə böyük təsir göstərərdi.
Hətta bunun üçün özünün necə kömək edə biləcəyini də bildirdi. Bu, quru söz deyil, onun ürəyinin arzu və istəyidir.
Budur, bax, Mürsəl müəllim daim rayonun qayğıları ilə yaşayan və onun qaçqınlıq ağrılarının dərdini çəkən belə bir jurnalist həmkarımızdır. Onun haqqında söz açmağa məni səy edən də məhz ondakı bu xüsusiyyətidir.
Şükufə Əliyeva
ƏTRAFLI: https://az.wikipedia.org/wiki/Mürsəl_Qocayev