“Qısa ömrün səhifəsi” adlı tədbirdə şəhid mayor Taleh Kərimovun xatirəsi anılıb

1318

Sumqayıtdakı Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi mayor Taleh Kərimovun doğum günü ilə əlaqədar “Qısa ömrün səhifəsi” adlı xatirə gecəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin Kəşfiyyat bölməsinin rəisi Elvin Dadaşov, Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid Ailələri işinin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin şöbə müdiri polkovnik Mehman Əliyev, nazirliyin əməkdaşı Elvin Dadaşov, şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, şəhidin döyüş yoldaşları və həyat yoldaşı Nəzakət xanım çıxış ediblər.

Gecənin bədii hissəsində Əməkdar artist Rauf Ağakişiyev, gənc şair Elvin Əlizadə şeirlər söyləyib, R.İdrisoğlu şəhidin adına bəstələdiyi mahnısını ifa edib.

Tədbir vətənpərvərlik mövzusunda mahnıların ifası ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər