Qızını zorlayan sumqayıtlı 7 il azadlıqdan məhrum edildi

597

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını zorlamaqda ittiham olunan Sumqayıt şəhər sakini, 51 yaşlı Q. K.-nın cinayət işi üzrə məhkəmə başa çatıb. Dəhşətli hadisə Sumqayıtda qeydə alınıb.

51 yaşlı kişi öz evində 36 yaşlı ruhi xəstə olan qızı ilə cinsi əlaqədə olub. Qızı zorlayan 51 yaşlı Q. K. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, 51 yaşlı kişinin həyat yoldaşı bir neçə il əvvəl həyatını itirib. Bundan sonra Q. K. ruhi xəstə olan qızı ilə təkbaşına yaşayıb. Bu müddət ərzində o, qızı ilə cinsi əlaqədə olub.

Qapalı keçirilən məhkəmə iclasında ifadə verən Q. K. elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. K. 7 il müddətinə azadlıqdan məhrum edilib. Aynur Cəfərova, fox.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər