Rayon avtobuslarında qiymət nə qədər artacaq?

2109

Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova AzVision.az-a açıqlamasında bildirib ki, yeni tariflə məsafədən asılı olaraq şəhər və rayonlara qiymətlər yenidən hesablanır.

“Hazırda daşıyıcılarla görüşlər keçirilir və yeni tariflərlə qiymətlər hesablanır. Məsələn, Zaqatala rayonuna əvvəl 6,69 qəpiyə gedilirdisə, hazırki tariflə bu qiymət 10 manat olacaq. Və ya Tərtər istiqmaətdə əvvəl gediş haqqı 5,20 qəpik idisə, yeni tariflə 7,80 qəpik olacaq. Yeni qiymətlər hazır olan kimi ictimaiyyətə cədvəl açıqlanacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər