Rektor imtahanlarda yüksək nəticə göstərən tələbələrlə görüşdü- FOTO

697
Martın 12-də SDU-nun rektoru dosent Rüfət Əzizov 2023-2024-cü tədris ilinin Payız semestrinin imtahan sessiyasında fakültələr üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə görə fərqlənən tələbə və magistrlarla nahar süfrəsi ətrafında görüşüb, onlarla səmimi söhbət edib.
Görüşdə imtahan qərargahında iştirak edən professor-müəllim heyəti və digər əməkdaşlar da iştirak ediblər.
Rektor Rüfət Əzizov tələbələri göstərdikləri yüksək nəticələrə görə təbrik edərək, onlara hər zaman ictimai, elmi və mədəni mühitdə fəal olmağı,təhsildə böyük nailiyyətlər qazanmağı, öz istedadları və savadları ilə cəmiyyətə faydalı olmağı tövsiyə edib.
Universitetin fəaliyyət istiqamətləri, yeniliklər və gələcək prioritetlər barədə məlumat verən Rüfət Əzizov bildirib ki, bugün SDU-da tələbələrin bilik və bacarıqlarının artırılması üçün hər cür zəruri imkanlar mövcuddur və yeni tədris metodlarının öyrənilməsi, tətbiqi istiqamətində beynəlxalq təcrübə öyrənilməkdədir. Bu illər ərzində Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, ölkənin sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində mühüm nailiyyətlər əldə etmişdir və bu gün də peşəkar kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır.
Rektor Rüfət Əzizov bu yolda tələbələrə uğurlar arzu edərək, 2023-2024-cü tədris ilinin Payız semestrinin imtahan sessiyasında fakültələr üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə görə fərqlənən tələbə və magistrlara Fəxri fərmanlar təqdim edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər