RUMINİYADAN QHT VƏ MEDİA NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

731

Səfər ölkələrimizin QHT və media qurumları arasında dialoqun inkişafı məqsədi daşıyır

İyun ayında Ruminiyadan QHT və Media nümayəndələri Azərbaycana səfər edəcək. «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» ictimai birliyi tərəfindən təşkil ediləcək səfərin əsas məqsədi ölkələrimizin QHT və media qurumları arasında dialoqun inkişaf etdirilməsidir. Bu layihə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçiriləcək. Rumıniyalı qonaqların iştirakı ilə Sumqayıt, Gəncə və Lənkəranda 4 günlük seminarlar keçiriləcək. Seminarlarda vətəndaş cəmiyyəti, seçkilər və bu istiqamətdə Avropanın uğurlu təcrübəsindən danışılacaq. Bundan əlavə, səfər çərçivəsində Azərbaycan QHT-lərinin iş prinsipləri, onların cəmiyyətin inkişafına təsiri, QHT və medianın seçki proseslərindəki rolu ilə yaxından tanışlıq və bir sıra görüşlər nəzərdə tutulur. Xatırladaq ki, anoloji səfər ötən il Azərbaycan QHT və media nümayəndələrinin Rumıniyaya səfəri ilə baş tutmuşdu. Səfər çərçivəsində onlar Rumıniya QHT-lərinin iş prinsipləri, onların cəmiyyətin inkişafına təsiri, QHT və medianın seçki proseslərindəki rolu ilə yaxından tanış olublar və bir sıra mühüm görüşlər keçiriblər. Görüşlərdə iştirakçılar QHT-lər arasında belə qarşılıqlı əlaqələrin təşkilatların inkişafı baxımından çox əhəmiyyətli olduğunu və bunu yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin, Azərbaycan-Rumınıya QHT-lərinin səylərinin birləşdirilməsi və regional məsələlərdə birgə fəaliyyətlər vacib hesab edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər