Ruslan Poladov: “Sumqayıt” məni istəyir”

190

“Simurq” hələ iki futbolçu ilə müqavilə bağlayıb ki, onların qalacağı əvvəlcədən məlum idi. Bizə isə hələ konkret söz deyilməyib. Sadəcə onu bildirdilər ki, siz də istirahət edin, biz də. Bir həftədən sonra təmiz beyinlə qərar verəcəyik”. Fanat.az xəbər verir ki, bu sözləri “Simurq”un futbolçusu Ruslan Poladov deyib.

Müqavilə ilə “İnter”ə məxsus olub, ““Simurq”da icarə əsasında çıxış edən 33 yaşlı müdafiəçi hazırda azad agent statusuna malikdi. Yəni “İnter” futbolçu ilə müqaviləsini uzatmayıb. Bu mənada, Poladov sərbəst qərar verə bilər. O, dəvət aldığı klubun da adını açıqlayıb: “Açığı, dəvətlər var. Doğulduğum Sumqayıtın komandası məni sərəncamında görmək istəyir. Danışığımız da olub. Amma qərar verməyə tələsmirik. Yaxın günlərdə hər şeyə aydnlıq gələcək”.

futbol11.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər