“Sabahın alimləri” VII Respublika müsabiqəsinin SUMQAYITLI QALİBLƏRİ

2484
“Bu günlərdə şəhərimizin ümumtəhsil məktəblərinin şagirdləri daha bir nailiyyətə imza atıb. Məlum olduğu kimi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ildən etibarən ənənəvi olaraq “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir və Sumqayıt şəhərinin məktəbliləri hər il öz uğurları ilə yadda qalırlar. Əvvəlki illərdən fərqli olaraq bu il adı çəkilən müsabiqədə şəhərimizin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri daha da uğurla çıxış edib, çox böyük nailiyyətlər əldə ediblər.”
sumqayitxeber.com xəbər verir ki, istedadlı şagirdlərin aşkar edil məsinə, məktəblilərin elmi-tədqiqat və yaradıcılıq bacarıqlarının inkişafına, elmə, təhsilə marağının artmasına xidmət edən”Sabahın alimləri” VII Respublika Müsabiqəsinin fevral ayının 15-də keçirilən final mərhələsində münsiflər tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görülən 46 layihədən 8-i Sumqayıtın ümumtəhsil məktəblərinin gənc tədqiqatçılarının qrup və fərdi layihələri olub.
Açıqlamada qeyd olunur ki, Sumqayıt məktəblilərinin hazırladıqları 1 layihə qızıl, 1 layihə gümüş, 6 layihə isə bürünc medala layiq görülüb: Müxtəlif nominasiyalar üzrə qalib olan layihələrimizin sayı ötən illə müqayisədə 2 dəfə çox olub. Həmçinin 2013-cü ildən etibarən ilk dəfə olaraq məktəblilərimiz bu müsabiqənin qızıl medalını qazana bilib. Builki nailiyyətimizi daha əhəmiyyətli edən göstəricilərdən biri də ondan ibarətdir ki, son üç ildə “Sabahın alimləri” müsabiqəsində qalib gələn layihələrimizin sayı ilbəil azalmaqda idi. Bu il isə artıq qeyd etdiyimiz kimi bu mənfi tendensiya aradan qalxıb, qaliblərimizin sayı xeyli artıb. Hesab edirik ki, builki uğurlarımızın əsasında şəhər səviyyəsində müsabiqəyə çox ciddi hazırlığın təşkil edilməsi, şəhər seçim mərhələsində kütləviliyə nail olunması, SDU ilə olan səmərəli əməkdaşlıq və xüsusilə də Təhsil Şöbəsi tərəfindən müsabiqəyə hazırlığın ciddi nəzarətdə saxlanması dayanmışdır. Əvvəlki illərdən fərqli olaraq cari dərs ilinin əvvəlindən Təhsil Şöbəsinin tapşırığına əsasən bütün məkltəblərdə istedadlı şagirdlərimizlə iş daha sistemli və səmərəli qurulmuş, həmin şagirdlərlə əlavə məşğələlər təyin edilmiş, məktəblərdə məşğələlərin təşkili və keçirilməsi  işi şöbə əməkdaşları tərəfindən müntəzəm olaraq yoxlanılmışdır. Hesab edirik ki, işimizin belıə səmərəli təşkili gələcəkdə də uğur və nailiyyətlərimizin davamlı və bol olacağının qarantıdır.”
Vurğulanır ki, “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblər arasından seçilən ən yaxşı layihələrin müəllifləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edirlər.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Xeberle.com müsabiqədə qalib gələn məktəb və şagirdlərin siyahısını təqdim edir:

Sumqayıtın bu məktəbliləri elə bir uğura imza atdılar ki... - ADLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər