Sabir Tarıverdiyevin qardaşı oğlu özünü öldürdü

748

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 04.30 radələrində, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 24-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Coşqun Tarverdiyev qollarını doğrayıb. Vena damarlarının kəsilməsi nəticəsində çoxlu qan itirən C. Tarverdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik dəqiq məlumat verilməsə də, onun intihar etməzdən əvvəl ailəsində münaqişə baş verdiyi bildirilib.

Məlumata görə, intihar edən C. Tarverdiyev Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, iş adamı Sabir Tarverdiyevin qardaşı oğludur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər