“Şagirdlərimiz müxtəlif müsabiqə və yarışlarda ilk yerləri tutur”

534

 

 

 “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.”

Ümummilli lider Heydər Əliyev

Hər  bir  ümumtəhsil müəssisəsi özünün  ənənələri, təhsildə  və təlimdəəldə etdiyi nailiyyətləri ilə iz qoyur. Məktəbə xas olan ənənələr daim  qorunmalı, nəsildən nəsləötürülməlidir. Eyni zamanda, ümumtəhsil müəssisələrində qazanılan uğurlar davamlı olmalı, inkişafa istiqamətlənmiş tədbirlər həyata keçirilməlidir. Bu baxımdan Sumqayıt şəhər  N.Tusi adına 12 nömrəli tam orta məktəb özünəməxsus fəaliyyəti  ilə həmişə diqqəti cəlb edir.Təsadüfi deyil ki, məktəb təlim və təhsildə qazandığı uğurlara görəşəhərdə nümunəvi ümumtəhsil müəssisələrindən biri sayılır. Pandemiya dövründə də məktəb şəraitə uyğun fəaliyyət göstərir. Bu günlərdə məktəbin direktoru – yüksək təhsil təcrübəsinə malik, peşəkar pedaqoq Reyhan Hamlet qızı Baxşiyeva ilə görüşüb həmsöhbət olduq. O qeyd etdi:

-Bizim üçün qürurvericidir ki, respublikamızın prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva təhsil sahəsinin inkişafına hər zaman xüsusi önəm verirlər. Məktəb kollektivimiz Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə  daim əməl etməyəçalışır.

Eyni zamanda, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi  məktəbimizə  mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərir.

Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar  təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa edilib.  Məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil edilir. X-XI siniflər üzrə dərslər onlayn formada davam etdirilir. Bu qərara əsasən məktəbimiz növbəti uğurlu iş fəaliyyətinə başlayıb.

Koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunmasıüçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydalar tam icra edilir. Müəllimlər maska vəüz qoruyucu sipərlərdən istifadə edirlər. Hər gün məktəbə daxil olan bütün şəxslərin hərarəti ölçülür, əlləri spirtlənir və ara məsafəyə diqqət olunur. Məktəbdə müəllimlərdən ibarət növbətçilik cədvəli təşkil olunub. Növbətçilər dəhlizlərə və siniflərə ciddi nəzarət edirlər. Pandemiya qaydalarlna əsasən siniflər 2 qrupa bölünərək, hər partada bir şagird oturaraq dərs keçilir. Otaqların havası mütəmadi dəyişdirilir.

Məktəbimiz 1959-cu ildə tikilib istifadəyə verilib. Mən məktəbə direktor təyin olunanda – 2017-ci ildə 52 sinif, 1200 şagird var idi. Hazırda  burada 67 sinif, 2017 şagird təhsil alır. Müəllimlərin sayı 116 nəfərdir.  Məktəb 2 növbəlidir. İngilis,alman və rus dili xarici dil kimi tədris olunur.  Məktəbimizdə müəllim əməyinin dəyərləndirilməsi əsas nəzərə alınan məsələlərdəndir. Məlumdur ki, məktəb insanlara təhsil, elm, tərbiyə verən, onlara əxlaqi dəyərləri aşılayan bir məkandır. Bu məkanda şərəfli və müqəddəs peşə sahibləri olan müəllimlərin rolu isə əvəzolunmazdır. Buna görə də məktəbdə hər kəs müəllim nüfuzunun yüksəldilməsinə, onların əməyinin qiymətləndirilməsinə çalışır.

Çəkdikləri zəhmətə verilən yüksək dəyər qarşılığında müəllimlər də başa düşürlər ki, gənc nəslin təlim-tərbiyəsində aparıcı rol oynamaq, şagirdlərə bilik vermək, milli və bəşəri  dəyərləri aşılamaq, onları şəxsiyyət kimi yetişdirmək, şagirdlərdə müəyyən bacarıq və vərdişlər formalaşdırmaq olduqca məsuliyyətlidir. Bu iş həm də savad, zəhmət və səbir tələb edir.

Sevindirici haldır ki, məktəbin hər bir müəllimi üzərinə düşən məsuliyyəti yaxşı başa düşür, bu məkanı özünün doğma evi hesab edir. Hər kəs ümumi iş-məktəblilərin dərin biliyə sahib olması, hərtərəfli şəxsiyyət kimi yetişməsi üçün səy göstərir.

Şagirdlərimiz müxtəlif müsabiqə və yarışlarda ilk yerləri tutur, Fəxri Fərman və diplomla təltif edilirlər, hər ilin buraxılış və qəbul imtahanlarında ən yüksək nəticələr əldə edirlər. 9 nəfər şagirdimiz  25-26 mayda ayrı-ayrı keçiriləcək  Lütfizadə adına Məntiq olimpiadasının və fənn müsabiqəsinin finalına vəsiqə qazanıblar.

Məktəbimizdə müəllimlərin fəaliyyəti vəşagirdlərin yüksək səviyyədə təhsil almasıüçün hər cür şərait vardır. Burada fənn kabinetləri, kompüter otaqları, ağıllı lövhələr, həmçinin, internet şəbəkəsinin mövcudluğu şagirdlərə keyfiyyətli təhsil verilməsinəşərait yaradır. Belə bir şəraitdə səmərəli fəaliyyət göstərmək isə hər kəsin borcudur. Bunu dərk edən pedaqoji  kollektiv də gələcəyimiz olan gənc nəsli Vətənə, torpağa məhəbbət, xalqa, adət-ənənələrə sədaqət ruhunda tərbiyə edir,  şagirdlərin təhsilə, elmə marağının artırılması, geniş dünyagörüşə malik olması, vətənpərvər ruhda böyüməsi  istiqamətində işlər görür.

Məktəbimizin  qarşısında duran başlıca vəzifələrdən biri də şagirdləri hərtərəfli şəxsiyyət kimi formalaşdırmaq vəümumi göstəricilərdə yüksək nailiyyətləri davam etdirməkdən ibarətdir. Bunun üçün müəllimlərin səmərəli fəaliyyət göstərməsindən ötrü bütün imkanlar səfərbər olunur. İKT-dən istifadənin  genişləndirilməsi, nümunəvi müəllimlərin təcrübəsinin öyrənilməsi, qarşılıqlı dərs dinləmələri və müzakirələrin təşkili, müəllimlərin təlim kurslarına cəlb olunması, şagirdlər arasında maarifləndirmə işinin aparılması  və digər istiqamətlərdə tədbirlər görülür.

Həmçinin məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi iləmüxtəlif layihələr həyata keçirilir. Artıq iki ildir ki, məktəbimizdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də (dərzi, dülgər, aşpaz, İKT ) yiyələnəcəklər.

Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabət qabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. Məktəbimizdə informatikanın yeni formatda tədrisi ilə yanaşı, müxtəlif yaş qruplarıüzrəşagirdlər üçün həm beynəlxalq, həm də yerli müsabiqələr və tədbirlər keçirilib. Ötən ilin dekabr ayında proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn yarışı”nda şagirdlərimizin nəticələri sevindirici və qürurverici idi.

Vətən üçün layiqli övladlar yetişdirmək, tərbiyə etmək təhsil ocaqlarının ümdə vəzifələridir.Uşaq bağçalarından başlanan bu proses məktəbəqədər təhsil ocaqlarında davam etdirilir və məktəblərdə öz bəhrəsini verir. Təhsil İnstitutu UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Məktəbimizdə yeni tədris ilindən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi fəaliyyət göstərəcəkdir.

Bir sözlə, N.Tusi adına Sumqayıt şəhər 12 nömrəli orta ümumtəhsil məktəbində direktor  Reyhan  Baxşiyevanın rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərəçatmaq üçün bütün lazımi işlər həyata keçirilir. Əminik ki, özünün ənənələri ilə tanınan məktəb kollektivi həmişə olduğu kimi, bundan sonra da daim uğur əldə edəcəkdir.

İlhamə Məhəmmədqızı, AJB-nin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər