Şaxta “168 saat”ın da fəaliyyətini dondurdu

876

Ekstremal hava şəraiti “168 saat” qəzeti üçün də nəticəsiz ötüşmədi. Şəhərdə yerləşən bir çox idarə və təşkilatların işinə təsir edən qarlı və şaxtalı hava şəraiti ölkənin ən yüksək tirajlı və ən irihəcmli regional qəzeti üçün də problem yaratdı, qəzet bu şənbə işıq üzü görmədi. Qəzetin baş redaktoru Vüsal Məmmədov “sumqayitxeber.com”a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun işlək vəziyyətdə olmaması üzündən qəzeti cümə günü çapa göndərmək mümkün olmayıb.

Xatırladaq ki, “168 saat” qəzeti Bakıda – “Ekspress-Servis” mətbəəsində çap olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər