SDU-da anım mərasimi keçirilib – FOTOLAR

577

Bu gün Sumqayıt Dövlət Universitetində ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə sumqayitxeber.com saytına Universitetin mətbuat xidmətindən məlumat verilib.

Tədbiri universitetin rektorəvəzi, professor Əkbər Ağayev açaraq, Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi xidmətlərindən bəhs edib. Ə.Ağayev diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Natiq Heydər Əliyevin ölkədə təhsil və elmə xüsusi diqqət yetirdiyini bildirərək qeyd edib ki, O Sumqayıt Dövlət Universitetinin fəaliyyətini də diqqətdə saxlayırdı. Məhz onun 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verilib.

Daha sonra tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Böyük ömrün salnaməsi” adlı sənədli film nümayiş etdirildi.

Sonda ulu öndər Heydər Əliyevin anım günü münasibətilə universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən tələbələr arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

unnamed

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər