Sumqayıtda gələcəyin dili: Çin dili tədrisinə maraq artır

166

Son illərdə dünyanın iqtisadi və texnoloji mərkəzlərindən birinə çevrilən Çin, təhsil sahəsində də diqqət mərkəzindədir. Mütəxəssislərin fikrincə, Çinin beynəlxalq iqtisadiyyatda artan rolu gələcək illərdə Çin dilini ən perspektivli xarici dillərdən birinə çevirəcək. Bu səbəbdən bir çox şagird və tələbə artıq erkən yaşlardan Çin dili təhsilinə üstünlük verir.

Çinin ali təhsil sistemi beynəlxalq standartlara uyğun qurulub. Bakalavr proqramları adətən 4 il, magistr proqramları 2–3 il, doktorantura proqramları isə 3–5 il davam edir. Hər pillə üçün həm Çin, həm də ingilis dilində tədris olunan proqramlar mövcuddur.

Çində təhsil almağın əsas üstünlüklərindən biri münasib xərclərdir. Təhsil haqqı universitet və ixtisasdan asılı olaraq dəyişsə də, bir çox qərb ölkələri ilə müqayisədə daha əlçatandır. Bundan əlavə, beynəlxalq tələbələr üçün Çin Hökuməti Təqaüdü (CSC Scholarship) və universitet daxili təqaüd proqramları mövcuddur.

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələri sırasında yer alan Tsinghua Universiteti və Peking Universiteti beynəlxalq reytinqlərdə də ön sıralarda qərarlaşır.

Çin təhsil sistemi ilə yaxından tanış olanlardan biri də Pekin Dil və Mədəniyyət Universitetinin məzunu və Lingua Language Center də müəllimə vəzifəsində işləyən, Nilufər Zeynallıdır. O, təhsil aldığı müddətdə qazandığı təcrübələrin həm akademik, həm də şəxsi inkişaf baxımından böyük əhəmiyyət daşıdığını vurğulayır.

Nilufər xanımın sözlərinə görə, Çin dili öyrənmək ilk baxışda çətin görünsə də, düzgün metodika və davamlı məşğələlər nəticəsində tələbələr qısa müddətdə ünsiyyət bacarıqları əldə edə bilirlər. O, həmçinin Çində təhsil alan tələbələrin fərqli mədəniyyətlərlə tanış olmaq, beynəlxalq əlaqələr qurmaq və gələcək karyeraları üçün mühüm üstünlüklər qazanmaq imkanı əldə etdiklərini qeyd edir.
Eyni zamanda ən çox verilən suallara da aydınlıq gətirdi belə ki, tələbələr tez tez HSK imtahanı ilə maraqlanır. HSK (Hànyǔ Shuǐpíng Kǎoshì) – Çin dili üzrə dövlət səviyyəli rəsmi imtahandır və Çin Xalq Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqlənmişdir. Bu imtahan adətən ildə 2 dəfə keçirilir. Bakalavr təhsili üçün HSK 3 və ya HSK 4 sertifikatları, magistr pilləsi üçün isə HSK 5 və ya HSK 6 tələb olunur. Əlbəttə bu da universitetlərdən asılı olaraq dəyişir. Təqaüd şansını artırmaq üçün isə yüksək HSK nəticəsi tələb olunur.

Tələbələrin bu cür beynəlxalq imtahanlara hazırlığı və qlobal təhsil fürsətlərinə yiyələnməsi isə düzgün yönləndirmədən və peşəkar dəstəkdən asılıdır. Bu baxımdan Lingua Language Center tələbələrə yalnız dil bilikləri deyil, həm də fərdi inkişaf və gələcək karyera üçün zəruri bacarıqlar qazandırmağı hədəfləyir. Mərkəzin bu hədəfə doğru qətiyyətlə irəlilədiyini və tətbiq olunan metodologiyanın effektivliyini isə qazanılan ilk böyük uğurlar sübut edir. Tələbələri arasında artıq HSK 1, HSK 2 və HSK 4 səviyyələri üzrə beynəlxalq sertifikat əldə edənlər mövcuddur.

Mərkəzdə Çin dili kursları ilə yanaşı, ingilis və alman dili kursları, xaricdə təhsil üzrə konsultasiya xidmətləri, IELTS və SAT hazırlıq proqramları da təşkil olunur. Burada təhsil alan şagirdlər yalnız dərslərlə kifayətlənmir, eyni zamanda yeni dostluqlar qurur, müəllimlərindən mentorluq dəstəyi alırlar.

Nəticə etibarilə, sürətlə qloballaşan dünyada Çin dili və təhsilinə sərmayə qoymaq gələcəyin qapılarını bugündən açmaq deməkdir. Düzgün seçilmiş təhsil mərkəzi və peşəkar mentor dəstəyi isə bu çətin, lakin maraqlı yolda ən böyük bələdçiniz olacaq. Əgər siz də beynəlxalq arenada fərqlənmək, qlobal karyera imkanlarından yararlanmaq və yeni mədəniyyətləri kəşf etmək istəyirsinizsə, “Lingua Language Center”in təklif etdiyi keyfiyyətli tədris və konsultasiya proqramları ilə qlobal təhsil səyahətinizə ilk addımı bugündən ata bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər