SDU-da keçirilmiş imtahan sessiyalarının nəticəsinə dair məlumatları açıqladı

665
Məlumat üçün qeyd edək ki, son günlər sosial şəbəkələrdə Sumqayıt Dövlət Universitetində keçirilən imtahan sessiyası ilə bağlı yayılan fikirləri nəzərə alaraq dəqiq nəticələri sizin nəzərinizə çatdırmaq istəyirik.
Qeyd edək ki, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri, imtahan sessiyası dövründə Apellyasiyaya müraciət edən tələbələrin statistikası və Apellyasiyanın nəticələri və qarşıda duran vəzifələr Sumqayıt  Dövlət Universitetinin Elmi Şurasının 14 fevral 2024-cü il tarixli iclasında müzakirə edilmişdir.
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında 5745 bakalavr iştirak etmiş, onlardan 3835 tələbə imtahanları müvəffəqiyyətlə başa vurmuş, 1910 tələbənin isə akademik borcu yaranmışdır ki, bu da müvəffəqiyyət göstəricisinin 67% olması ilə nəticələnmişdir. Əvvəlki tədris ilinin imtahan nəticələrinə uyğun müvəffəqiyyət göstəricisi isə 90% olmuşdur.
Akademik borcu yaranan tələbələrdən 1 və bəzilərində 2 imtahan olmaqla ümumilikdə 2388 nəfər təkrar imtahanda iştirak etmişlər.
1278 nəfər tələbə Apellyasiyaya müraciət etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər