Mayın 18-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblərinin VI –XI sinif şagirdləri arasında tarix üzrə fənn olimpiadası keçirildi.
Olimpiadanın təşkil edilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması, istedadlı şagirdlərin aşkar edilməsi, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə, vətən tarixinə marağın oyanması və vətənpərvərlik hissinin aşılanması, vətənini və dövlətini sevən bir vətəndaş kimi formalaşmasından ibarətdir.
Tarix fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən
42 tam orta məktəb və 4 liseydən 547 nəfər şagird iştirak etdi. İki variantda şagirdlərə təqdim edilmiş suallar “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının əməkdaşları tərəfindən tərtib edimişdir. Hər şagirdə 90 dəqiqə vaxt ərzində 50 sual təqdim edildi.
Olimpiadanın sonunda qaliblərə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici diplomlar veriləcəkdir.
SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş olimpiada keçirildi
•
2239