SDU ilə xarici universitet arasında əməkdaşlıq müqaviləsi imzalandı

670
Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi gələcəyə baxış olaraq müəyyən edən Sumqayıt Dövlət Universitetində qarşılıqlı faydalı və strateji əhəmiyyətli əməkdaşlığın inkişafına xüsusi önəm verilir. SDU beynəlxalq əlaqələrini gündən-günə genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq, yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu məqsədlə Sumqayıt Dövlət Universiteti ilə Bolqarıstanın Varna Texniki Universiteti arasında onlayn formatda əməkdaşlıq müqaviləsi imzalandı.
Müqavilənin imzalanması iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsində və daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, uzun müddətdir ki, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələri mövcuddur. Bura mütəmadi olaraq universitetlərdə keçirilən Beynəlxalq konfranslarda alimlərin iştirakı, tələbələrin olimpiadalarda iştirakı, magistr diplom işlərinin birgə müzakirəsi və s. misal göstərmək olar. Həmçinin SDU-nun Mühəndislik fakültəsinin Avtomatika və idarəetmə kafedrası və Varna Texniki Universitetinin Texnoloji proseslərin avtomatlaşdırılması kafedrası arasında elm, tədqiqat, tədris sahəsində sıx əlaqələri xüsusi qeyd etmək lazımdır.
Onu da qeyd edək ki, Sumqayıt Dövlət Universiteti və Varna Texniki Universiteti arasında bağlanan Əməkdaşlıq Müqaviləsi hər iki universitetin inkişafına xüsusi təkan verəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər