SDU-nun 60 illik fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub

584
Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar Böyük Akt zalının foyesində universitetin müxtəlif dövrlərdə fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub.
Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgidə universitet yarandığı dövrdən bugünədək keçdiyi inkişaf yolu, tədbirlər, görüşlər, əməkdaşlıqları və s. fotolar nümayiş olunub.
Sərgidə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov tədbir iştirakçılarını salamladı, SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən söz açdı. Bildirdi ki, 1962-ci ildə yaradılan Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçərək bu gün ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Universitet fəaliyyət göstərdiyi dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib.
Universitetin çoxşaxəli fəaliyyətini geniş nümayiş etdirən fotosərgi iştirakçıların böyük marağına səbəb olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər